
NASA-nın "Psyche" kosmik aparatı Marsın yaxınlığından keçərkən qırmızı planetin nadir görüntülərini qeydə alıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ilin oktyabrında orbitə buraxılan aparat Mars və Yupiter arasında yerləşən "16 Psyche" asteroidinə doğru hərəkət edir. Alimlər hesab edir ki, bu metal tərkibli asteroid erkən dövrdə formalaşmış planet nüvəsinin qalıqları ola bilər.
NASA-nın məlumatına görə, aparat Marsın cazibə qüvvəsindən istifadə edərək sürətini artırıb və marşrutunu yeniləyib. Keçid zamanı Mars səthinə təxminən 4,6 min kilometr yaxınlaşan "Psyche" cihazı planetin buz örtüyü, kraterləri və atmosferindəki toz axınlarını əks etdirən minlərlə foto çəkib.
Missiyanın 2029-cu ildə asteroidə çatacağı gözlənilir. Tədqiqatın Yer və digər planetlərin daxili quruluşu ilə bağlı mühüm məlumatlar verəcəyi bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.