
Qobustan ərazisində, M-2 avtomobil yolunun 55-ci km-də yerləşən qəzalı körpünün sökülməsi ilə əlaqədar alternativ marşrutda təmir işləri aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, məqsəd yeni körpünün tikintisi müddətində sürücülərin təhlükəsiz və rahat hərəkətini təmin etməkdir.
Qəzalı vəziyyətdə olan körpünün sökülməsi barədə qərar texniki qiymətləndirmədən sonra qəbul edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.