Dünən, 23:48 57

İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi dərəcəsinin qiymətləndirilməsində tamamilə yeni və ədalətli mexanizm tətbiq olunacaq.

AVESTA.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirlər Kabinetinin 21 may 2026-cı il tarixli qərarı ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərərçəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası" təsdiqlənib. Beynəlxalq təcrübəyə və innovativ rəqəmsal həllərə əsaslanan bu sənəd vətəndaşyönümlü və şəffaf qiymətləndirmə sisteminin qurulmasına imkan verir.

İndiyədək bu sahədə qanunvericiliklə dəqiq meyarlar mövcud deyildi və proses "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın müvafiq bəndinə əsasən kağız daşıyıcılarda icra olunurdu. Yeni Qayda isə prosedurların vahid normativ sənədlə tənzimlənməsini və elektron sistemlər üzərindən daha çevik idarə edilməsini təmin edir.

Yeni sistemin ən mühüm özəlliyi daha ədalətli yanaşmanın tətbiqidir. Belə ki, bundan sonra eyni xəstəlik və ya xəsarətə görə müxtəlif peşə sahiblərinə və fərqli yaş qruplarına fərqli peşə əmək qabiliyyətinin itirilməsi faizi təyin ediləcək.

Qiymətləndirmə zamanı aşağıdakı dörd əsas meyar nəzərə alınacaq:

1. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti;

2. Peşələrin (vəzifələrin) ağırlıq dərəcəsi;

3. Orqanizmin funksiyalarının pozulması faizinin konkret peşələr üzrə təzahür dərəcəsi;

4. Zərərçəkmiş sığortaolunanın yaşı.

Elektron müraciət və qiymətləndirmə prosesi necə aparılacaq?

- Müraciət forması: Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi üçün sığortalı (işəgötürən) və ya sığortaçı "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) vasitəsilə, zərərçəkən şəxs isə "e-sosial" internet portalındakı şəxsi kabinetindən müraciət edə biləcək. Qiymətləndirmə rəsmi göndəriş (Forma 88) və ya məhkəmə qərarı əsasında həyata keçiriləcək.

- Müddət və məlumatlandırma: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göndəriş sistemə daxil olduğu tarixdən etibarən 10 iş günü müddətində qiymətləndirmənin aparılacağı tarix və yer barədə e-sistem üzərindən tərəflərə məlumat göndərəcək.

- Komissiyanın işi: Qiymətləndirməni Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) aparacaq və bu zaman işəgötürənin və ya sığortaçının səlahiyyətli nümayəndəsinin iştirakı təmin ediləcək.

Əgər əmək qabiliyyətinin itirilməsi dərəcəsi müddətli təyin olunubsa, həmin müddət bitdikdən sonra xəstəlik və ya zədə davam edərsə, şəxs təkrar qiymətləndirilmədən keçəcək. Şəxsdə bu dərəcənin müəyyən edilməsinə əsas verən iki fərqli xəstəlik və ya zədə olduqda, yekun qiymətləndirmə daha yüksək faiz dərəcəsi ilə aparılacaq.

Bundan başqa, komissiya sığortaolunanın müalicə, əlavə qidalanma, dərman və reabilitasiya vasitələri kimi əlavə xərclərə ehtiyacının olub-olmadığını da müəyyənləşdirəcək.

Paylaş

Xəbər lenti

Tramp: FES-in yeni rəhbəri tamamilə müstəqil olmalıdır Dünən, 23:48 D-8: WUF13-ün uğuru Azərbaycanın mühüm beynəlxalq platforma kimi artan nüfuzunu gücləndirib Dünən, 23:48 Rubio: "Bəzi ölkələr İrana qarşı müharibəyə qoşulmağa hazır olduqlarını bildiriblər" Dünən, 23:48 ABŞ Milli Kəşfiyyatının rəhbəri istefa verib Dünən, 23:48 Dünyanın 103 ölkəsindən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb Dünən, 23:48 İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi Dünən, 23:48 Azərbaycanın postmünaqişə bərpası sahəsindəki təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi Dünən, 22:48 WUF13-ün yekunlarına əsasən "Bakı Fəaliyyətə Çağırış" sənədi qəbul edilib - TAM MƏTN Dünən, 22:48 Almaniyada iş və təhsil adı ilə DƏLƏDUZLUQ: Azərbaycanlılar necə aldadılıblar? Dünən, 22:48 Bu poverbanklardan uzaq durun – Partlayış təhlükəsi yaradır Dünən, 22:48 Dövlət başçısının WUF13-də bəhs etdiyi tarixi abidə: Qafqazda xristianlığın ilk təməlindən REPORTAJ Dünən, 22:48 BMT baş katibinin müavini "ASAN xidmət"də Dünən, 22:48 Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib Dünən, 21:48 WUF13 Azərbaycanın inkişaf modelinin beynəlxalq ictimaiyyətə növbəti təqtimatıdır Dünən, 21:48 Kondisionersiz evi sərin saxlamağın yolları açıqlandı Dünən, 21:48 Azərbaycanın postmünaqişə bərpası sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib Dünən, 21:48 WUF13 dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb Dünən, 21:48 Azərbaycan Tennis Federasiyasının məşqçilər üçün vahid və məcburi akkreditasiya proqramına qeydiyyat davam edir Dünən, 20:48 Kim Çen In İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 20:48 "Bakı Fəaliyyətə Çağırış": Azərbaycanın təcrübəsi müharibədən sonrakı bərpanın əhəmiyyətli nümunəsidir Dünən, 20:48 WUF13 iqlimə davamlı mənzil sistemləri yaratmağa çağırıb Dünən, 20:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında gender məsələlərinə həsr olunan tədbir keçirilib Dünən, 20:48 Qeyri-sabit hava mayın 25-dək davam edəcək - XƏBƏRDARLIQ Dünən, 20:48 Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 2300 AZN-dək Dünən, 20:48 Bakıdan dünyaya nümunəvi mesaj: Dünya Şəhərsalma Forumu hansı nəticələrlə yadda qaldı? Dünən, 20:48 WUF13 qlobal mənzil maliyyələşdirilməsi sistemlərini islah etməyə çağırıb Dünən, 20:48 Qurbanlıq heyvanların satışı və kəsiminə nəzarət gücləndirilir Dünən, 20:48 WUF13-ün yekunlarına əsasən "Bakı Fəaliyyət Çağırışı" qəbul edilib Dünən, 19:48 Bəzi rayonlara yağış yağır, Göyçaya dolu düşüb - FAKTİKİ HAVA Dünən, 19:48 WUF13 - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu gün artıq başa çatdı Dünən, 19:48 İkiqat olimpiya çempionunun oğlu Azərbaycanı seçdi Dünən, 19:48 Bakı-Tbilisi-Bakı qatarında kimlərə hansı güzəştlər tətbiq olunacaq? Dünən, 19:48 "Bakı Fəaliyyətə Çağırış"da innovativ WUF13-ə görə Azərbaycana təşəkkür edilib Dünən, 19:48 "Bakı Fəaliyyətə Çağırış" növbəti onilliyi "fəaliyyət onilliyi"nə çevirməyi təklif edib Dünən, 19:48 "Bakı Fəaliyyətə Çağırış" Cənub-Cənub və Şimal-Cənub əməkdaşlığı üçün yeni imkanlar açır Dünən, 19:48 Anna Falu Azərbaycana təşəkkür etdi: WUF13 Bakıda yüksək səviyyədə təşkil olunub Dünən, 17:50 ABŞ və İsrailin İran planı: Əhmədinejad iddiası gündəm yaratdı Dünən, 17:49 Anar Vəliyev: Mənzil hüququ insan hüququ kimi tanınmalı və prioritetləşdirilməlidir Dünən, 17:49 Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb Dünən, 17:49 Ünvanlı dövlət sosial yardımın məbləğinin ən yüksək olduğu RAYONLAR - SİYAHI Dünən, 17:49 DİM 3 şəhərdə təkrar imtahan keçirəcək Dünən, 17:48 WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib Dünən, 17:48 Mehdiabadda qaz OLMAYACAQ Dünən, 17:48 UN-Habitat-ın icraçı direktoru WUF13-ün bağlandığını elan edib Dünən, 17:48 WUF13-də BMT və Azərbaycanın bayraqlarının endirilmə mərasimi keçirilib Dünən, 17:48 Anar Quliyev: "WUF13 dayanıqlı şəhər gələcəyinə dair ortaq platformaya çevrilib" Dünən, 16:48 Anar Quliyev: "WUF13 inklüziv iştirakı və məzmunlu nəticələri ilə yadda qalacaq" Dünən, 16:48 Bakı-Tbilisi-Bakı qatarında pulsuz baqaj limiti AÇIQLANDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR