
"Bəzi ölkələrin rəhbərlikləri regionda hərbi əməliyyatlar yenidən başlasa, ABŞ-nin İrana qarşı müharibəsinə qoşulmağa hazır olduqlarını bildiriblər".
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu açıqlamanı NATO üzv ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərlərinin görüşü zamanı verib.
"B planı olmalıdır. İran "Xeyr, boğazları açmaqdan imtina edirik" desə, neyləyəcəyik? Onda kimsə oraya gedib nəsə etməli olacaq... ABŞ bunu edə bilər, amma məsələlər bu cür istiqamət götürsə, bu işdə iştirak etməkdə maraqlı olduqlarını bildirən ölkələr var. Bizə onların köməyi lazım deyil, amma onlar bunu etməyə hazırdırlar və düşünürəm ki, əgər istəsələr, onların təklifini qəbul etməliyik. Amma düşünmürəm ki, bu gün hər hansı bir qəti öhdəlik və ya qəti tələb olsun. Bunun vaxtı hələ yetişməyib, sadəcə, mən bu məsələni qaldırdım, çünki nə vaxtsa bu problemi həll etmə anının yetişəcəyi ehtimalı var. Yenə də, bu, İranla razılığa gələ bilməyəcəyimiz an üçün keçərlidir, amma biz razılığa gəlməyi üstün tuturuq", - o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.