
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo komandasının çempionluğundan sonra paylaşım edib.
AVESTA.AZ xəbər verir ki, portuqaliyalı hücumçu sosial şəbəkə hesabında "Bu uğur bizim üçün çox şey ifadə edir. Yalla, Əl-Nəsr!" sözlərini yazıb.
Xatırladaq ki, "Əl-Nəsr" son turda "Damak"ı 4:1 hesabı ilə məğlub edərək 86 xalla Səudiyyə Ərəbistanı çempionu olub. Ronaldo qarşılaşmada dubla imza atıb. Komandanın digər qollarını Sadio Mane və Kinqsli Koman vurublar.
Qeyd edək ki, Ronaldo 2023-cü ildə kluba transfer olunduqdan sonra ilk dəfə ölkə çempionluğu qazanıb. O, mövsümü 28 qolla başa vuraraq komandasının ən məhsuldar futbolçusu olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.