
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Musayevanı təbrik edib.
AVESTA.AZ xəbər verir ki, M. Cabbarov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanaraq tarix yazan Ülviyyə Musayevanı ürəkdən təbrik edirik", - paylaşımda bildirilib.
O, U-15 Avropa çempionatlarında qadınlar arasında ilk dəfə qızıl medal qazanan azərbaycanlı Ü. Musayevanın böyük zəhmət, iradə və qələbəyə inam nümayiş etdirdiyini qabardıb:
"Bu qələbədə əməyi olan məşqçiləri və hər zaman onun yanında olan valideynlərini də təbrik edirik. Ülviyyəyə gələcək yarışlarda yeni qələbələr, daha böyük arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırmağı arzulayırıq".
Bolqarıstanın Samokov şəhərində keçirilən U15 #Avropaçempionatı-nda qızıl medal qazanaraq tarix yazan Ülviyyə Musayevanı ürəkdən təbrik edirik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 23, 2026
U15 Avropa çempionatlarında qadınlar arasında ilk dəfə qızıl medal qazanan Azərbaycanlı olaraq Ülyiyyə böyük zəhmət, iradə və qələbəyə… pic.twitter.com/j9NMq2GTxQ
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.