
ABŞ Prezidenti Donald Tramp İranla yekun razılaşma əldə olunana qədər Tehrana qarşı tətbiq edilən dəniz blokadasının qüvvədə saxlanılacağını bildirib.
Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Tramp qeyd edib ki, razılaşma tam şəkildə təsdiqlənib imzalanana qədər blokada ləğv olunmayacaq.
O, həm Vaşinqtonun, həm də Tehranın prosesə diqqətlə yanaşmalı olduğunu vurğulayıb.
"Vaxt ayırıb hər şeyi düzgün etmək lazımdır. Heç bir səhvə yol verilə bilməz", – deyə ABŞ Prezidenti bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.