
Bakı-Tbilisi-Bakı qatar reyslərinin bərpası ilə bağlı sərnişinlər üçün yeni güzəştlər açıqlanıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, beş yaşadək uşaqlar ayrıca yer tutmamaq şərtilə bu marşrut üzrə pulsuz səyahət edə biləcəklər.
Bakı-Tbilisi-Bakı qatarında kimlərə hansı güzəştlər tətbiq olunacaq?
5-10 yaş arası uşaqlar üçün isə gediş haqqında 50%-dək endirim tətbiq olunacaq. Bakı-Tbilisi-Bakı marşrutu üzrə gediş haqqı komfort sinfi üçün məsafədən asılı olaraq 51 AZN-dən başlayır.
Bir istiqamət üzrə minimum gediş haqqı Bakıdan Tbilisiyə 81 AZN təşkil edir. Maraqlıdır, bəzi qiymətlərdə dəyişiklik ola bilərmi?
Baku TV-nin süjetində bu və digər suallara aydınlıq gətirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.