
Aktyor Çağatay Ulusoy haqqında yayılan "aktyorluğu tərk edib" iddiaları geniş müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, xüsusilə aktyorun pərəstişkarları "Çağatay Ulusoy aktyorluğu dayandırdı?" sualına cavab axtarmağa başlayıblar.
Sosial şəbəkələrdə yayılan saxta paylaşımda Ulusoyun "dərin yorğunluq səbəbilə karyerasını bitirdiyi" iddia edilib.
Aktyorun rəsmi hesabından yayımlanan açıqlama qısa müddətdə viral olub və minlərlə istifadəçi arasında narahatlıq yaradıb.
Lakin jurnalist Osman Demirin araşdırmalardan sonra paylaşımın həqiqəti əks etdirmədiyi məlum olub.
Bildirilib ki, yayılan ekran görüntüsü xüsusi montaj proqramları vasitəsilə hazırlanıb və aktyora aid deyil.
Məlumatın tamamilə uydurma olduğu təsdiqlənib.
Həqiqətin üzə çıxmasından sonra Çağatay Ulusoyun fanatları rahat nəfəs alıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.