
Daşkəsən rayonunda internetin verilməsində problemlər yaranıb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, buna Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza səbəb olub.
Belə ki, xəttin qırılması səbəbindən hazırda daxili telefonların və emaillərin istifadəsində fasilələr yaranıb.
Qeyd edək ki, bir neçə saatdır yaranmış problemin bərpası üçün müvafiq işlər davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.