
Prezident İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları xanım Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, San Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.