
Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 252 nəfərə yüksəlib.
AVESTA.AZ TASS-a istindən xəbər verir ki, təbii fəlakət nəticəsində 4 875 nəfər itkin düşüb.
Hadisə avqustun 26-da Nepalın şimalında, Çin sərhədində baş verən torpaq sürüşməsinin ardınca qeydə alınıb. Güclü su, palçıq və qaya axını Rasuvagadhi sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-qərbdə başlayaraq çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edib.
Nəticədə yaşayış məntəqələri dağılıb, geniş əraziləri su basıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.