25-05-2026, 19:48 210

Türkiyənin məşhur brend markası

Türkiyənin məşhur zərgərlik və zinət əşyaları brendlərindən biri olan ATASAY artıq Azərbaycanda fəaliyyətə başlayıb. Şirkət dünyada xüsusilə qızıl və brilyant məmulatlarının satışı ilə tanınır.

Şirkətin beynəlxalq əlaqələr üzrə satış rəhbəri Erkan Çeliker jurnalistlərə açıqlamasında bildirib ki, "ATASAY" Türkiyədə qızıl və zinət əşyaları sahəsində modanı müəyyən edən, ən geniş mağaza şəbəkəsinə sahib brend markalardan biridir.

Türkiyənin məşhur brend markası

"Azərbaycanlı müştərilər bizi artıq yaxşı tanıyır və bizi seçir"

Erkan Çeliker qeyd edib ki, şirkət 1937-ci ildə yaradılıb və hazırda üçüncü nəsil tərəfindən idarə olunur: "ATASAY" Türkiyədə öz sektorunun lideridir. Azərbaycanlı soydaşlarımız da markamızı Türkiyədən yaxşı tanıyır, kolleksiyalarımıza yaxından bələddirlər. Bizə tez-tez "Niyə Azərbaycanda mağazanız yoxdur?" və "Nə zaman fəaliyyətə başlayacaqsınız?" kimi suallar verilirdi. Xüsusilə İstanbuldakı mağazalarımıza gələn azərbaycanlı müştərilər məhsullarımıza böyük maraq göstərirdi. Artıq Azərbaycanda fəaliyyətə başlamaq bizim üçün zərurətə çevrilmişdi və burada olmağımızdan çox məmnunuq".

Mağazada 2 mindən artıq məhsul təqdim olunur

E. Çelikerin sözlərinə görə, Bakıda açılan mağazada təxminən 2 mindən artıq məhsul mövcuddur. Məhsulların yarısı brilyant və zinət əşyalarından, digər hissəsi isə qızıl kolleksiyalarından ibarətdir.

"ATASAY" kolleksiyalarının təxminən 70 faizi şirkətin öz dizaynlarıdır. Bununla yanaşı, klassik və ənənəvi zinət əşyaları da təqdim olunur.

"ATASAY"ı fərqləndirən əsas xüsusiyyət nədir?

Erkan Çeliker bildirib ki, markanı digər brendlərdən fərqləndirən əsas xüsusiyyət daim yeni dizaynlar hazırlaması, moda trendlərini izləməsi və Türkiyədə zərgərlik modasına istiqamət verməsidir. O əlavə edib ki, şirkət istehsal keyfiyyətinə xüsusi önəm verir və müxtəlif konseptli markaları bir çətir altında birləşdirir.

Türkiyənin məşhur brend markası

"Belle" markası çalışan, müasir və işgüzar qadınları təmsil edir

"Miras" markası isə tarixi motivləri müasir dizaynlarla birləşdirərək mədəni zənginliyi ön plana çıxarır.

""ATASAY" olaraq biz müxtəlif coğrafiyalarda yaşayan, fərqli yaş qruplarına, zövqlərə və prioritetlərə sahib geniş istehlakçı auditoriyasına müraciət edirik. Bu məqsədlə, məhsullarımız hələ dizayn mərhələsində olarkən fərqli alt məhsul qrupları formalaşdırır, həmin kolleksiyaları ayrıca marka kimi təqdim edərək müxtəlif müştəri qruplarının tələbatını qarşılayırıq.

Alt markalarımızı dəstəkləmək məqsədilə mütəmadi olaraq müxtəlif tanıtım kampaniyaları həyata keçirir, Türkiyə üzrə yayımlanan reklamlarımız və mağazalarımızda hər marka üçün xüsusi hazırlanmış vitrin konseptləri vasitəsilə hər bir markanın özünəməxsus ruhunu müştərilərə çatdırırıq.

"ATASAY" bu çərçivədə Türkiyə zərgərlik sektorunda təcrübəsi və nüfuzu ilə seçilən tərəfdaşlarına mövcud mağazalarında "ATASAY" alt markalarının satış nöqtəsinə çevrilmək imkanı təqdim edir.

Məhsullarımızın orijinal və rəqibsiz dizaynları sayəsində satışlarınızı daha rahat həyata keçirə, yüksək qiymət rəqabətinin olduğu bazarlarda isə daha gəlirli nəticələr əldə edə bilərsiniz.Şirkət həmçinin qızıl məhsullarına xüsusi sertifikat təqdim edir".

Türkiyənin məşhur brend markası

Azərbaycana xüsusi kolleksiyalar hazırlana bilər

E.Çeliker gələcəkdə Azərbaycana xüsusi məhsullar istehsal etməyi planlaşdırdıqlarını da açıqlayıb:

"Azərbaycana uyğun dizaynları Türkiyədə istehsal edib buraya gətirə bilərik. Lakin Azərbaycanda istehsal müəssisəsi qurmaq daha böyük investisiya tələb edir və bunun üçün hələ zaman var".

Erkan Çeliker həmçinin bildirib ki, Bakıda əldə olunacaq nəticələrdən sonra Azərbaycanın digər şəhərlərində də mağazaların açılması nəzərdə tutulur. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bazarları arasında böyük fərq yoxdur: "Bir millət, iki dövlət" prinsipi həm mədəniyyətdə, həm də qızıl zövqündə özünü göstərir. Azərbaycanda və Türkiyədə qızıl modası bir-birinə çox bənzəyir".

Türkiyənin məşhur brend markası

Qiymətlər bütün ölkələrdə eynidir

E.Çeliker qeyd edib ki, "ATASAY" məhsullarının qiymətləri fəaliyyət göstərdikləri bütün ölkələrdə əsasən eyni saxlanılır. Yalnız bəzi ölkələrdə xüsusi kampaniyalar tətbiq oluna bilər.

Hazırda şirkətin xaricdə ümumilikdə 9 mağazası fəaliyyət göstərir. Bu mağazalar BƏƏ, Əbu-Dabi, London, Netherlands, Erbil, Türkmənistan və Azərbaycanda yerləşir.

Erkan Çeliker vurğulayıb ki, şirkətin əsas məqsədi yalnız məhsul satışı deyil, həm də insanlarla uzunmüddətli münasibətlər qurmaqdır:

"Türkiyədən bizi tanıyan böyük müştəri auditoriyamız artıq var. Məqsədimiz bu əlaqələri daha da genişləndirmək və hər kəslə ünsiyyət qurmaqdır".

Qeyd edək ki, "ATASAY" mağazası paytaxın Neftçilər pr 41A ünvanında yerləşir.

Əlaqə nömrəsi: 051 214 04 44

Paylaş

Xəbər lenti

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR