
Mayın 26-27-də Günəşdə aktivliyin aşağı və orta səviyyədə olacağı gözlənilsə də, güclü X sinifli partlayışların baş vermə ehtimalı da istisna edilmir.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Məlumata əsasən, qeyd olunan tarixlərdə Günəşdə müxtəlif gücdə alışmalar müşahidə oluna bilər. Mütəxəssislər xüsusilə X sinifli partlayışların mümkünlüyünə diqqət çəkiblər.
Qeyd edək ki, Günəş partlayışları gücünə görə A, B, C, M və X siniflərinə ayrılır. Ən güclü hesab olunan X sinifli partlayışlar kosmik hava şəraitinə ciddi təsir göstərə və Yerə çatan plazma axınları nəticəsində maqnit qasırğalarına səbəb ola bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.