
"Şimal" komandası 2026/2027 mövsümündə də futbol üzrə Azərbaycan I Liqasında çıxış edəcək.
BAKU.WS xəbər verir ki, Xaçmaz təmsilçisi bunu pley-off oyununda "Qaradağ Lökbatan"ı məğlub etməklə bacarıb.
Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma "Şimal"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da komanda I Liqadakı yerini qoruyub saxlayıb.
Qeyd edək ki, "Şimal" cari mövsümü I Liqada 11-ci pillədə tamamlayıb. "Qaradağ Lökbatan" isə II Liqanı ikinci sırada bitirmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.