Sosial şəbəkələrdə məktəbəqədər (3-6 yaş) təhsil proqramının, yəni kurikulumun ləğv edilməsi haqda məlumatlar yayılıb.
Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr imzalayıb.
Əmrə əsasən, Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.
Əmr haqda məlumat yanlış anlaşılaraq kurikulumun ləğvi xəbəri kimi yayımlanıb.
Qeyd edək ki, əmrdə Təhsil İnstitutuna “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.



