
Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
AVESTA.AZ xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilsin".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.