
"Fənərbağça"da prezidentliyə namizəd Aziz Yıldırım transfer çalışmalarını davam etdirir.
AVESTA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiə xəttini gücləndirmək istəyən Yıldırım İngiltərəyə gedib.
Bildirilir ki, onun nümayəndələri "Mançester Siti"də çıxış edən hollandiyalı müdafiəçi Natan Akenin təmsilçiləri ilə Londonda görüş keçiriblər.
Xəbərdə qeyd olunur ki, sol ayaqlı müdafiəçi axtaran Aziz Yıldırımın siyahısında başqa futbolçular da var. Bunların "Fulhem"dən Kelvin Bassi və "Bornmut"dan Markos Senesi olduğu bildirilir.
Qeyd edək ki, "Fənərbağça"da prezident seçkiləri 6-7 iyun tarixlərində keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.