
Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğın genişlənməsinə, həmçinin ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.
***23:54
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
***23:35
Bakıda güclü yanğın başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri müvafiq ünvanda operativ tədbirlər həyata keçirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.