
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Yusif Axundov vəzifəsindən azad edilib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev əmr imzalayıb.
Y.Axundovun vəzifədən azad olunmasının səbəbi açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.