
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının mövcud 1,5 milyard ABŞ dollarından 2030-cu ilə qədər 2 milyard dollara qədər artırmaq hədəflənir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ixrac artımı təkcə həcm və dəyər ifadəsində deyil: "Belə ki, ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində də dəstəkləyici tədbirlər həyata keçiriləcək. Dövlət Proqramında fundamental tədbirlər bitkiçilik və heyvandarlıq sahəsi ilə bağlıdır. Ümumilikdə sahəvi istehsallar və məhsuldarlığın artımına nail olmaq üçün tələb olunan xidmətlərin əlçatanlığı ilə əlaqədardır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.