
Ağstafanın Həsənsu kəndi ərazisində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qarşı-qarşıya hərəkətdə olan nəqliyyat vasitələrinin toqquşması nəticəsində zərbənin şiddətindən maşınlardan biri yoldan çıxaraq su arxına düşüb.
Hadisə nəticəsində hər iki sürücü -1970-ci il təvəllüdlü Hicran Əmiraslanov və 1978-ci il təvəllüdlü Vüsal İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. İlkin tibbi müdaxilədən sonra onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.