Bu gün, 21:48 60

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə ötən məhkəmə iclasında çıxışına başlayan təqsirləndirilən Arkadi Qukasyana söz verilib. O, çıxışını davam etdirərək ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi çıxış edərək məhkəmədən hüquqlarını qoruduğu təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını və 2026-cı il 5 fevral tarixli hökmün ləğv edilməsini xahiş edib.

Ardınca çıxış edən Vasili Beqlaryan da ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra təqsirləndirilən Bako Saakyanın vəkili çıxış edərək məhkəmədən müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Təqsirləndirilən Bako Saakyanın digər vəkili isə 2026-cı il 5 fevral tarixli hökmün ləğvini, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını və verilmiş apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edib.

Bako Saakyan çıxışı zamanı cinayət işi üzrə ona elan olunan ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 14-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Saakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Paylaş

Xəbər lenti

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib Bu gün, 21:48 Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib Bu gün, 21:48 Hacı Kərimov Avropa çempionatının finalına çıxıb Bu gün, 21:48 Köməksiz vəziyyətdə qalan vətəndaşlar XİLAS EDİLDİLƏR Bu gün, 21:48 Ağstafada ağır qəza: Avtomobil su arxına düşdü Bu gün, 21:48 Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun Bu gün, 21:48 Vuçiç parlament seçkiləri təyin edildikdən sonra istefa vermək niyyətində olduğunu açıqlayıb Bu gün, 21:48 Tokayev Trampın siyasətini dəstəklədiyini bildirib, onu Qazaxıstana səfərə dəvət edib Bu gün, 20:48 Dünyanın 1 nömrəli avtomobil idxalçısı – Azərbaycan və Gürcüstan avtomobil biznesi üçün tarixi gün! Bu gün, 20:48 Yaşayış binasının altında mərasim evi açılması sakinlərin etirazına səbəb oldu Bu gün, 20:48 Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR Bu gün, 20:48 Tramp ona sui-qəsd ediləcəyi təqdirdə İranı bombalamaq barədə göstəriş verib Bu gün, 20:48 Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib Bu gün, 19:48 Azərbaycan İran və Rusiyaya pambıq tədarükünü kəskin artırıb Bu gün, 19:48 Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb Bu gün, 19:48 Uşaqları bu saatlarda dənizə aparmayın! - XƏBƏRDARLIQ Bu gün, 19:48 Tramp: İran ABŞ-dən danışıqları davam etdirməyi xahiş edib Bu gün, 19:48 Cəlilabad və Biləsuvardan olan fermerlərə 10 min manatdan çox sığorta ödənişləri edilib Bu gün, 18:48 İqtisadi Şuranın iclası keçirilib Bu gün, 18:48 "Qan pulu"nu alanda insan dirilir?!" Bu gün, 18:48 Bakıda partlayışda xəsarət alan ər-arvad xəstəxanada ÖLDÜLƏR Bu gün, 18:48 "Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib Bu gün, 18:48 Sürücülər üçün "parkur": Bakıda bina inşa edib, yola pilləkən saldılar Bu gün, 18:48 FIFA ilə UEFA arasında gərginlik: Yeni qaydalar dünya futbolunu iki cəbhəyə bölüb Bu gün, 18:48 Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Özbəkistana ekstradisiya edib Bu gün, 18:48 Bakıda bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirildi Bu gün, 17:48 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb Bu gün, 17:48 Psixoloqdan gözlənilməz açıqlama: Arıqlamağın sirri pəhrizdə deyil Bu gün, 17:48 Kibrit qalmaqalında ittiham olunan 67 yaşlı şəxs həbsdə saxlanıldı Bu gün, 17:48 Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ Bu gün, 17:48 Xocalı və Ağdərədə 34 ildən sonra sakinlər taxıl biçini aparır Bu gün, 17:48 Son bir həftədə yaşıllıqlara 36 min manatdan çox ziyan dəyib Bu gün, 17:48 Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi təyin olunub Bu gün, 16:48 Sahibə Qafarova: "Rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib" Bu gün, 16:48 Azərbaycan millisi Parisdəki beynəlxalq turnirin qalibi olub Bu gün, 16:48 Alimlər Yer üzündə həyatın nə vaxt sona çata biləcəyini hesablayıblar Bu gün, 16:48 Kerem Bürsin: "Bakı, sən çox gözəl şəhərsən!" Bu gün, 16:48 Bakıda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub Bu gün, 16:48 Sakinlər dəhşət yaşadılar: "Kəndi su aparıb, tədbir görən yoxdur!" Bu gün, 16:48 Altıncı "Yüksəliş" müsabiqəsində 130 nəfər finala vəsiqə qazanıb Bu gün, 16:48 Rusiyadan Ermənistana göndərilən propan və gübrə Biləcəridən yola salındı Bu gün, 16:48 Azərbaycanlı şair vəfat edib Bu gün, 16:48 Türkiyə Rusiyadan aldığı S-400-ləri başqa ölkəyə satıb? Bu gün, 16:48 Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ Bu gün, 15:48 Göyçayda ev və obyektlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub Bu gün, 15:48 Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ Bu gün, 15:48 Naxçıvanda avtobus yanıb Bu gün, 15:48 Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR