
Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“AVESTA.AZ”un məlumatına görə, avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Quliyev Rəşadət Nəriman oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.