
İranın təhlükəsizlik qüvvələri tanınmış rejissor və ictimai fəal Səmira Novruz Nasirini həbs ediblər.
AVESTA.AZ "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə rejissorun yaxınları məlumat yayıblar.
Məlumata görə, iyunun 1-də ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları rejissorun evinə basqın edib, axtarış aparıb və ona məxsus mobil telefonla kompüteri müsadirə ediblər.
Səmira Novruz Nasirinin həbs olunma səbəbi və hazırda harada saxlanıldığı barədə rəsmi məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.