10-06-2026, 19:48 464

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub

İyunun 10-da "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

AVESTA.AZ xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumları, media subyektləri və jurnalist təşkilatlarının səlahiyyətli nümayəndələri, həmçinin əlaqəli sahələr üzrə məsul şəxslər, rəqəmsal məzmun yaradıcıları və ekspertlər iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, İnzibati Xətalar Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda, eləcə də digər aidiyyəti normativ-hüquqi aktlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi, uşaqların virtual məkanda təhlükəsizliyinin təmin edilməsinə, bütövlükdə isə milli rəqəmsal ekosistemin hüquqi tənzimlənməsinə yönəlib. O vurğulayıb ki, həm universal etik normalara, həm milli maraqlarımıza, həm də qabaqcıl beynəlxalq hüquqi standartlara tam cavab verən bu dəyişikliklər milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə müasir informasiya mühitində baş verən transformasiyalar, rəqəmsal platformaların cəmiyyət həyatına təsiri və bu sahədə hüquqi tənzimləmələrin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, informasiya təhlükəsizliyinin təmin edilməsi, vətəndaşların hüquqlarının qorunması və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov rəqəmsallaşmanın sürətlə genişləndiyi şəraitdə informasiya təhlükəsizliyi məsələlərinin aktuallığından bəhs edib. Bildirib ki, rəqəmsal mühitdə istifadəçilərin hüquqlarının qorunması, məsuliyyətli davranışın təşviqi və təhlükəsiz informasiya ekosisteminin yaradılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.

Milli Kibertəhlükəsizlik Agentliyinin sektor müdiri Həvva Hüseynli təqdimatla çıxış edərək qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə məlumat verib. Vurğulanıb ki, təklif olunan yeniliklər informasiya mühitində mövcud çağırışlara uyğun hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və rəqəmsal təhlükəsizliyin daha effektiv təmin olunmasına xidmət edir.

Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov rəqəmsal mühitin uşaqlar üçün mühüm inkişaf imkanları yaratmaqla yanaşı, real həyatları üçün qlobal miqyasda ciddi təhlükə və risklərlə də müşayiət olunduğunu bildirib. Qeyd olunub ki, uşaqların təhlükəsiz informasiya mühitində inkişafının təmin edilməsi, onların zərərli məzmundan müdafiəsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi xüsusi aktuallıq daşıyır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu təhsil mühitində informasiya təhlükəsizliyi üzrə biliklərin artırılmasının, müəllim və şagirdlərdə rəqəmsal risklərə qarşı düzgün davranış vərdişlərinin formalaşdırılmasının, media və informasiya savadlılığının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, xüsusilə gənclər arasında tənqidi düşüncə bacarıqlarının formalaşdırılması, təhlükəsiz rəqəmsal davranış vərdişlərinin aşılanması və maarifləndirici fəaliyyətlərin genişləndirilməsi bu istiqamətdə mühüm rol oynayır.

Səhiyyə Nazirliyinin sektor müdiri Aynurə Zeynalova informasiya mühitinin uşaqların və yeniyetmələrin psixoloji rifahına təsirindən bəhs edib. Vurğulanıb ki, zərərli məzmunun mümkün təsirlərinin azaldılması, profilaktik tədbirlərin gücləndirilməsi və valideynlərin məlumatlandırılması sağlam inkişaf mühitinin formalaşdırılması baxımından vacibdir.

Ədliyyə Nazirliyinin Sosial normativ aktlar idarəsinin rəisi Aytən Məmmədova çıxışında qanun layihəsinin hüquqi aspektlərinə toxunub. Qeyd edib ki, təklif olunan dəyişikliklər hüquqi tənzimləmələrin təkmilləşdirilməsinə, tətbiq mexanizmlərinin daha səmərəli qurulmasına və müasir informasiya mühitində yaranan çağırışlara adekvat cavab verilməsinə yönəlib.

İctimai müzakirə zamanı iştirakçılar tərəfindən qanun layihəsində nəzərdə tutulan dəyişikliklər ətrafında geniş və fəal fikir mübadiləsi aparılıb, müxtəlif yanaşmalar və mövqelər səsləndirilib, təkliflər irəli sürülüb. Layihənin ayrı-ayrı müddəaları üzrə aktiv diskussiyalar keçirilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında ətraflı mülahizələr təqdim olunub, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində konstruktiv yanaşmalar irəli sürülüb. Eyni zamanda, dəyişikliklərin mümkün təsirləri, tətbiqi mexanizmləri və gözlənilən nəticələri ilə bağlı baxışlar bölüşülərək peşəkar və səmərəli dialoq mühiti formalaşıb.

Paylaş

Xəbər lenti

Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR