
Bu gün futbolsevərlərin böyük maraqla gözlədiyi dünya çempionatı start götürür.
AVESTA.AZ xəbər verir ki, 23-cü dəfə keçirilən mundialın açılış oyununda turnirin ev sahibi Meksika millisi Cənubi Afrika yığması ilə qarşılaşacaq.
A qrupunun ilk matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Mexiko Siti" stadionunda təşkil olunacaq görüşü braziliyalı referi Vilton Sampayo idarə edəcək.
Qrupun digər qarşılaşmasında isə Cənubi Koreya və Çexiya milliləri üz-üzə gələcəklər. "Estadio Akron" stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 06:00-da səslənəcək.
Dünya çempionatı
A qrupu
I tur
11 iyun
23:00. Meksika - Cənubi Afrika
"Mexiko Siti" stadionu
12 iyun
06:00. Cənubi Koreya - Çexiya
"Estadio Akron" stadionu
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.