
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Azərbaycan milli komandası iki pillə geriləyib.
Belə ki, Ayxan Abbasovun çalışdırdığı komandamız hazırda 1132.00 xalla 126-cı yeri tutur. Millətlər Liqasında yığmamızın rəqiblərindən olan Litva 149-cu (1056.85), Lixtentşteyn isə 206-cı pillədədir (797.70).
Reytinqə son dünya çempionu Argentina millisi (1877.27) başçılıq edir. İspaniya seçməsi 2-ci, Fransa isə 3-cü yerdədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.