
Bakının Yasamal rayonunda zibil konteynerlərinin avtobus zolağının kənarında yerləşdirilməsi sürücülərin narazılığına səbəb olub.
AVESTA.AZ xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, A.M.Şərifzadə küçəsində zibil konteynerlərinin avtobus zolağının kənarına düzülməsi ictimai nəqliyyatın hərəkətinə maneə, sürücülər üçün əlavə təhlükə yaradır.
Məsələ ilə bağlı Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən Oxu.Az-a bildirilib ki, konteynerlərin yerinin dəyişdirilməsi nəzərdə tutulmur:
"Sözügedən konteynerlər həmin əraziyə uzun illər əvvəl yerləşdirilib. Sonradan isə küçədə yolun hərəkət hissəsi genişləndirilib və nəticədə konteynerlər hazırkı mövqedə qalıb".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.