
Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində minik avtomobilləri toqquşub.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə saat 19:00 radələrində qeydə alınıb.
"Toyota" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.