
İsrail ordusu son 24 saat ərzində Livanın cənubunda fəaliyyət göstərən "Hizbullah" hərəkatına məxsus 70-dən çox obyektə hava zərbələri endirib.
BAKU.WS xəbər verir ki, əməliyyatlar zamanı qruplaşmanın raket buraxılış qurğuları, silah-sursat saxlanıldığı ehtimal olunan məntəqələr və hücumların planlaşdırılması üçün istifadə edilən binalar hədəfə alınıb.
İsrail Müdafiə Ordusu (IDF) zərbələr nəticəsində "Hizbullah"ın bir neçə üzvünün zərərsizləşdirildiyini də açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.