14-06-2026, 13:48 369

Heydər Əliyev Azərbaycan xalqını və dövlətini ən taleyüklü məqamlarda xilas edib - RƏY

Azərbaycan xalqının XX əsrdə və müstəqillik dövründə qarşılaşdığı ən mürəkkəb, ən taleyüklü məqamlarda Ümummilli Lider Heydər Əliyev tarix səhnəsinə çıxaraq xalqını və dövlətini fəlakətdən xilas etdi.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Elnarə Akimova deyib.

Onun sözlərinə görə, tarix bəzən xalqların taleyinə elə ağır sınaqlar yazır ki, həmin məqamlarda bir şəxsiyyətin qətiyyəti, uzaqgörənliyi və siyasi iradəsi bütöv bir dövlətin gələcəyini müəyyən edir:

"Azərbaycan xalqının XX əsrdə və müstəqillik dövründə qarşılaşdığı ən mürəkkəb, ən taleyüklü məqamlarda məhz belə bir şəxsiyyət – Ümummilli Lider Heydər Əliyev tarix səhnəsinə çıxaraq xalqını və dövlətini fəlakətdən xilas edib. Bu gün müstəqil, güclü və qalib Azərbaycanın mövcudluğu haqqında danışarkən bir həqiqəti xüsusi vurğulamaq lazımdır ki, ölkəmizin bugünkü qüdrətinin təməli hələ ötən əsrin 70-ci illərində Heydər Əliyev tərəfindən qoyulub".

Deputat qeyd edib ki, 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev Azərbaycanı durğunluqdan, gerilikdən və mərkəzdən asılı vəziyyətdən çıxararaq onu keçmiş Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirib.

"O dövrdə Azərbaycanda həyata keçirilən iqtisadi, sosial və mədəni inkişaf proqramları sadəcə statistik göstəricilərdən ibarət deyildi. Bu, əslində, gələcək müstəqil dövlətin iqtisadi bünövrəsinin yaradılması prosesi idi. Yeni zavodlar, fabriklər, sənaye kompleksləri tikilir, kənd təsərrüfatı inkişaf etdirilir, minlərlə kilometr yol çəkilir, şəhər və rayonların siması dəyişirdi. Azərbaycanın müxtəlif bölgələrində yaradılan istehsal müəssisələri ölkənin iqtisadi xəritəsini yenidən formalaşdırırdı. Daha önəmlisi isə milli kadr potensialı hazırlanırdı. Minlərlə azərbaycanlı gənc ittifaqın ən nüfuzlu ali məktəblərinə göndərilir, gələcəyin mühəndisləri, hərbçiləri, alimləri və dövlət xadimləri yetişdirilirdi".

E. Akimova 1970-1980-ci illərin Azərbaycan tarixində sadəcə inkişaf dövrü deyil, milli dirçəliş mərhələsi kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

"O illərdə formalaşan iqtisadi güc, milli özünüdərk və peşəkar kadr bazası sonradan müstəqil Azərbaycanın dayaqlarına çevrildi. Lakin tarix xalqımızı yenidən ağır sınaq qarşısında qoydu. 1990-cı illərin əvvəllərində Azərbaycan faktiki olaraq dövlətçiliyini itirmək həddinə gəlmişdi. Ermənistanın hərbi təcavüzü genişlənir, torpaqlarımız işğal edilir, minlərlə soydaşımız doğma yurdlarından didərgin salınırdı. Ölkə daxilində isə xaos, anarxiya və idarəsizlik hökm sürürdü".

Milli Məclisin üzvü o vaxt hakimiyyətdə olan AXC-Müsavat iqtidarının dövlət idarəçiliyində yol verdiyi kobud səhvləri, səriştəsizliyi və məsuliyyətsizliyi nəticəsində ölkənin uçuruma sürükləndiyini bildirib.

"Dövlət institutları iflic olmuş, orduda vahid komandanlıq pozulmuş, ayrı-ayrı silahlı dəstələr ölkənin müxtəlif bölgələrində öz qanunlarını tətbiq etməyə başlamışdılar. Bir tərəfdən torpaqlar işğal edilir, digər tərəfdən isə hakimiyyət uğrunda çəkişmələr milli maraqları arxa plana keçirirdi. Rayonlarımızın bir-birinin ardınca işğalı təkcə hərbi məğlubiyyət deyildi. Tariximizə yazılan bu qara ləkələr dövlət idarəçiliyində yol verilmiş ağır səhvlərin və məsuliyyətsiz siyasətin nəticəsi idi. 1993-cü ilin yayında Azərbaycan parçalanmaq, vətəndaş müharibəsinə sürüklənmək və müstəqilliyini birdəfəlik itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir məqamda xalq öz xilaskarına üz tutdu".

Deputat deyib ki, Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyi bərpa edib, dövlət institutlarını yenidən qurub, qanunsuz silahlı dəstələri zərərsizləşdirib və Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib.

"Əgər 1993-cü ildə Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın dövlət kimi mövcudluğu belə ciddi sual altında idi. Ümummilli Liderin qətiyyəti sayəsində çevriliş cəhdləri iflasa uğradıldı, separatçılığın kökü kəsildi, hüquqi dövlət quruculuğuna start verildi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" isə Azərbaycanın taleyini dəyişən geosiyasi hadisəyə çevrildi. Dünyanın aparıcı enerji şirkətlərini ölkəmizə gətirən bu müqavilə Azərbaycanı beynəlxalq enerji xəritəsinin mühüm aktorlarından birinə çevirdi, iqtisadi müstəqilliyimizin möhkəm təməllərini yaratdı. Heydər Əliyev təkcə dövrün problemlərini həll etmədi, o, Azərbaycanın gələcək onilliklər üçün inkişaf strategiyasını müəyyənləşdirdi. Güclü iqtisadiyyat, peşəkar ordu, milli birlik və müstəqil xarici siyasət kursu onun siyasi irsinin əsas sütunları oldu".

Elnarə Akimova bu gün qürurla söylənən tarixi zəfərin köklərinin də məhz həmin siyasətə söykəndiyini vurğulayıb:

"Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu böyük qətiyyətlə davam etdirərək Azərbaycanı regionun ən güclü dövlətinə çevirdi. İqtisadi potensial artırıldı, müasir ordu quruldu, beynəlxalq mövqelərimiz möhkəmləndirildi. İllərlə aparılan məqsədyönlü hazırlıq Azərbaycanın öz tarixi missiyasını yerinə yetirməsinə imkan yaratdı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və Ali Baş Komandan İlham Əliyevin liderliyinin təntənəsinə çevrildi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu "məğlubedilməz" kimi təqdim edilən erməni ordusunu darmadağın etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və onlarla yaşayış məntəqəsi işğaldan azad edildi. Nəhayət, Şuşanın azad olunması ilə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi".

Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin edib.

"Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə və bütün Qarabağda əzəmətlə dalğalanmağa başladı. Beləliklə, Ulu Öndərin vaxtilə söylədiyi "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır" fikri tarixi reallığa çevrildi. Bu gün Azərbaycan təkcə regionun deyil, daha geniş coğrafiyanın söz sahibi olan dövlətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Azərbaycan xalqı qalib xalq kimi yeni inkişaf mərhələsinə qədəm qoyur".

Paylaş

Xəbər lenti

Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR