
"Sekizinci Aile" serialının ikinci mövsümünün istehsalı dayandırılıb.
AVESTA.AZ xəbər verir ki, layihənin davam etdirilməsi ilə bağlı planlar maliyyə çətinlikləri səbəbindən təxirə salınıb.
Yayım platforması yaranan büdcə problemlərinə görə çəkilişlərin başlanmasını qeyri-müəyyən müddətə ertələyib.
Qeyd edək ki, ekran işində Türkiyə televiziya və kino dünyasının tanınmış simaları – Haluk Bilginer, Hazal Kaya, Ali Atay, Çağlar Çorumlu, Serkan Keskin, Mehmet Özgür, Erdem Şenocak, Cihan Talay, Melisa Döngel və Alper Baytekin rol alırlar. Serialın yeni mövsümünün nə vaxt çəkiləcəyi ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.