
Argentina millisi futbol üzrə dünya çempionatının qrup mərhələsində Əlcəzair üzərində inamlı qələbə qazanaraq turnuvaa uğurlu start verib.
AVESTA.AZ xəbər verir ki, qarşılaşmanın əsas qəhrəmanı Lionel Messi olub. Millidə 200-cü oyununa çıxan ulduz futbolçu het-trik edərək komandasının qələbəsində həlledici rol oynayıb.
Messi dünya çempionatları tarixində vurduğu qolların sayını 16-ya çatdıraraq Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenin rekorduna şərik olub.
38 yaşlı futbolçu matçda ilk qolunu 17-ci dəqiqədə vurub. O, ikinci qolu 60-cı dəqiqədə rəqib qapıçısının səhvindən yararlanaraq, üçüncü qolu isə 76-cı dəqiqədə cərimə meydançası xaricindən dəqiq zərbə ilə rəsmiləşdirib.
Bununla Messi dünya çempionatları tarixində het-trik edən ən yaşlı futbolçu adına da sahib çıxıb.
J qrupunda çıxış edən Argentina növbəti oyunlarını Avstriya və İordaniya millilərinə qarşı keçirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.