
Bakı şəhəri, Binəqədi qəsəbəsində nəqliyyat vasitəsindən meyit tapılıb.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, qəsəbə sakini 45 yaşlı Zahid Gülsevər oğlu Aslanovun meyiti "Mercedes" markalı avtomobildə tapılıb.
İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.