
Məşhur müğənni Gökhan Özen şəxsi həyatı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o nişanlandığını və sevgilisi Naz Canbazla xoşbəxt olduğunu qeyd edib.
Sənətçi bu barədə o sosial şəbəkə hesabında bildirib.
47 yaşlı müğənni onunla bu xoşbəxtliyini bölüşən bütün dostlarına və yaxınlarına da təşəkkürünü bildirib.
Qeyd edək ki, Özen Selen Sevigen ilə 2010-cu ildə ailə həyatı qurub. Lakin cütlük 6 il sonra boşanıb.
Onların bu evlilikdən Ada Deren və Derin Su adlı iki qızları var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.