
"Neftçi" futbol klubu Elvin Camalovla müqavilənin müddətini uzadıb.
Bu barədə AVESTA.AZ-ə klubun mətbuat xidmətindən bildirilib.
Dayaq yarımmüdafiəçisi ilə yeni 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarında paytaxt klubuna transfer olunmuş E.Camalov bu müddətdə 28 rəsmi oyun keçirib, 1 qol vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.