21-06-2026, 09:48 183

Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər

"Qarabağ" yoxlama oyununda "Zirə"yə 4:3 hesabı ilə qalib gəlib.

AVESTA.AZ "Qafqazinfo"ya istindən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Yeni gələn futbolçular özlərini necə göstərdilər?

- Hazırlığın ilk mərhələsinin son günü idi. Belə bir oyunun olmasını çox istəyirdik. Çox faydalı oyun oldu. Matçı üç hissəyə bölmüşdük - iki 30 dəqiqə və bir 45 dəqiqə. 8-9 günlük hazırlıqdan razı qaldım. Futbolçular çox məsuliyyətlə çalışırdılar. Düzdür, bütün oyunçular hazırlıq prosesində bir yerdə deyildilər. Bəziləri milli komandalarda idilər, bəzilərinin zədəsi var idi. Yeni gələn futbolçular 30 dəqiqə oynadılar. Onlar bizə çox gec qoşulublar. Hər biri haqda xoş təəssüratlarım oldu. Ümid edirəm ki, komandamıza faydalı olacaqlar.

- Komandada gedən yenilənmə prosesi sizi qane edir?

- Tam yox. İstərdim ki, işimizi tamamlayaq. Hələ ki tamamlanmayıb. Ümumən proses pis getmir. Bəzən düşünmədiyimiz variantlar da olur. İşimizin daha da sürətlənməsini istəyərdim. Amma hələ vaxtımız var. İnanıram ki, düşündüklərimizi həyata keçirə biləcəyik.

- Kevin Medinanın gedişindən sonra mərkəz müdafiəçisi transferi üçün danışıqlar gedir?

- Çox ciddi danışıqlar gedir. İstərdik ki, tez alınsın. Amma bir az yubana da bilər.

- Bundan sonra da komandadan gedənlər olacaq?

- Ola bilər.

- Heyətdəki dəyişiklikləri nəzərə alanda Avropa Liqasında I təsnifat mərhələsindən başlamağın daha yaxşı olduğunu düşünmək olar?

- Müsbət tərəfləri də var, mənfi tərəfləri də. Bəlkə də bir yerdə hazırlaşmaq üçün bizə daha çox vaxt lazım idi. Əlavə yoldaşlıq oyunları keçirsəydik, daha yaxşı olardı. Bizim təcrübəli oyunçularımız var. İnanıram ki, ilk oyuna yaxşı formada çıxa biləcəyik. Hansısa çətinliklər ola bilər. Çünki yeni komanda formalaşıb. Bu hallara hazır olmalıyıq.

- Neçə transfer olsa, sizi qane edəcək?

- Say olaraq deyə bilmərəm. Amma bir neçə mövqeyə oyunçu lazımdır.

- Gələn oyunçuların durumu sizi qane edir?

- Hazırda pis deyil. Uyğunlaşmaq üçün bir az vaxt lazım olacaq.

- Bundan sonra hansı mövqelərə transfer gözlənilir?

- Hər mövqe üçün futbolçularla danışıqlar gedir.

- Yeni mövsümdə "Qarabağ"ın Avropada hədəfi nə olacaq?

- Hədəf eyni olaraq qalır. Ən azından Avropa Liqasının Liqa mərhələsində iştirak etmək istəyirik. İşimizi bunun üçün quracağıq.

- Zakaria Savonun gəlişindən sonra Kamilo Duran cinahda oynayacaq?

- Oyundan asılı ola bilər. Belə futbolçuların həm hücumun mərkəzində, həm də cinahda oynaması üstünlükdür. Çox istərdim ki, mənim düşündüklərim faydalı olsun.

- Bu toplanışa əvəzedici komandadan çox futbolçu dəvət etmisiz. Demək olar ki, növbəti mövsümdə öz yetirmələrinizə daha çox şans verəcəksiz?

- Maraqlı uşaqlar var. Onlar böyük ehtimalla bizimlə qalacaqlar. Çox istərdim ki, tez bir zamanda formalaşsınlar və əsas komandanın üzvləri olsunlar. Ümid etdiyim bir neçə futbolçu var.

- Leandro Andrade və Fabian Buntiçin komandadan ayrılacağı ilə bağlı xəbərlər nə dərəcədə doğrudur?

- Hələ rəsmi bir şey yoxdur. Amma yaxın günlərdə nələrsə ola bilər.

- Bəhlul Mustafazadə Avropa Liqası oyununa kimi hazır olacaq?

- Ümumən pis deyildi. Bizimlə başlamışdı. Yüngül ağrılar hiss etdi. Ona görə bir az istirahətə ehtiyacı oldu. Avstriya toplanışına bizimlə başlaya bilər

Paylaş

Xəbər lenti

Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür Bu gün, 23:48 UFC reytinqləri yeniləndi: Rafael Fiziyev ilk onluğa qayıtdı Bu gün, 23:48 Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb Bu gün, 23:48 ABŞ İranın aviasiyasına qarşı sanksiyalar tətbiq etdi Bu gün, 23:48 "Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq Bu gün, 23:48 Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək Bu gün, 22:48 İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq Bu gün, 22:48 SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib Bu gün, 22:48 Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib Bu gün, 22:48 Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var? Bu gün, 22:48 "Hizbullah"ın məğlubiyyəti və İranın sükutu Bu gün, 21:48 "Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib Bu gün, 21:48 ABŞ İran aviasiyası ilə əlaqəli 36 qurum və şəxsə qarşı sanksiyalar tətbiq edib Bu gün, 21:48 Bakının yollarında görünməyən təhlükə: Asfalt örtüyünün altında nə baş verir? Bu gün, 21:48 Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb Bu gün, 20:48 Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib Bu gün, 20:48 Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib Bu gün, 20:48 Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir Bu gün, 20:48 AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb Bu gün, 20:48 Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır Bu gün, 19:48 Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər həyatını itirdi Bu gün, 19:48 Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək Bu gün, 19:48 ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır Bu gün, 19:48 Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər Bu gün, 19:48 Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib Bu gün, 18:48 Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib Bu gün, 18:48 Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI Bu gün, 18:48 Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir Bu gün, 18:48 İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib Bu gün, 17:48 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ Bu gün, 17:48 Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub Bu gün, 17:48 Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi – 90-dan çox vakansiya təqdim olundu Bu gün, 17:48 Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşub Bu gün, 17:48 Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır Bu gün, 17:48 Emin Əmrullayev: "Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları nəzarət etməlidirlər" Bu gün, 17:48 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü Bu gün, 16:48 Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı Bu gün, 16:48 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi Bu gün, 16:48 PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu Bu gün, 16:48 AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir Bu gün, 16:48 "Gənclik Mall"da yanğın həyəcanı Bu gün, 16:48 Leyla Əhmədova HƏBS OLUNDU Bu gün, 16:48 Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq Bu gün, 16:48 Anar Əsədli barəsində qərar verilib Bu gün, 16:48 Bu il Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb Bu gün, 16:48 Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI Bu gün, 15:48 Sahildə qadın meyiti tapıldı Bu gün, 15:48 Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR