21-06-2026, 10:48 169

Bahalı biletlər, yüksək qiymətlər: Turistlərin ölkəmizdən üz çevirmələrinin SƏBƏBLƏRİ

Turizm və ictimai iaşə sektoru son illərdə Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas hərəkətverici sahələrindən biri kimi qiymətləndirilsə də, 2025-ci ilin nəticələri bu istiqamətdə gözləntilərlə reallıq arasında müəyyən fərqin olduğunu göstərir. Hesablama Palatasının qiymətləndirməsinə görə, sektor ötən ili 8,5 faiz real artımla başa vurub, amma bu göstərici həm ilkin, həm də sonradan yenilənmiş proqnozlardan geri qalıb.

Bahalı biletlər, yüksək qiymətlər: Turistlərin ölkəmizdən üz çevirmələrinin SƏBƏBLƏRİ

Mütəxəssislər hesab edirlər ki, nəticələr bir tərəfdən sahədə müsbət dinamikanın davam etdiyini təsdiqləsə də, digər tərəfdən turizm potensialının tam reallaşdırılmasına mane olan amillərin hələ də qalmaqda olduğunu ortaya çıxarır.

Xatırladaq ki, may ayında Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində də Azərbaycanda turizm sahəsindəki mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi və turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər daxil edilib və ətraflı müzakirə olunub.

Bəs proqnozlarla faktiki nəticələr arasındakı fərq hansı səbəblərdən yaranıb?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Turistlər başqa ölkələri seçməyi üstün tuturlar"

Bahalı biletlər, yüksək qiymətlər: Turistlərin ölkəmizdən üz çevirmələrinin SƏBƏBLƏRİ

İqtisadçı-ekspert Elmir Səfərlinin fikrincə, turizmdə artım tempinin aşağı düşməsinin əsas səbəblərindən biri ölkəmizdə təyyarə biletlərinin baha olması ilə bağlıdır:

"Təyyarə biletləri baha olduğundan xaricdən ölkəmizə gələn turistlərin sayı azalıb. Turizm məhsulları, xidmətlər, ərzaq məhsulları ötən illərlə müqayisədə kəskin şəkildə artdığı üçün hər bir turistin xərclədiyi məbləğ də artır. Ona görə turistlər başqa ölkələri seçməyi üstün tuturlar".

"Bütün hotellər, məişət-iaşə obyektləri 4-5 ulduza uyğun tikilir"

İqtisadçı artıma mane olan daxili faktorların olduğunu da bildirir:

"Problem hotellərin, məişət-iaşə obyektlərinin qiymətlərinin baha olması, satınalma gücünə uyğun olmayan qiymətlərin formalaşmasıdır. Bütün hotellər, məişət-iaşə obyektləri 4-5 ulduza uyğun tikilir. Aşağı seqmentasiyada olan obyektlərin tikilməsi bizim sahibkarlar tərəfindən realizə olunmur. Ona görə də müəyyən seqment insanlar var ki, onların daxili turizmdə istirahət etməsi uyğun görünmür".

Ekspertin fikrincə, turizmdə artımın olmaması hava şəraiti ilə də bağlı ola bilər:

"Qış turizmi üçün qar olmaması, yayda dəniz mövsümündə havaların sərin keçməsi turist sayına təsir edir".

İqtisadçının fikrincə, bölgələrdə yerləşən turizm obyektlərinə xüsusi vergi güzəştləri olmalıdır:

"Nəticədə onlar da müəyyən qiymətləri aşağı salmaq imkanına malik olacaqlar. Müəyyən müddətdən sonra xidmət səviyyəsi artdığı üçün turizmin də daha sürətlə inkişaf etdiyini görə bilərik. Xüsusən hotel, məişət-iaşə obyektlərində bu sahədə təhsil almış mütəxəssislərin sayı azdır. Xarici ölkələrdə çalışan personallar hamısı təlimləndirilib. Bizdə bu cür peşə təlimləri həyata keçirilmir. Bu da turist sayına təsir edir".

Bahalı biletlər, yüksək qiymətlər: Turistlərin ölkəmizdən üz çevirmələrinin SƏBƏBLƏRİ

"Turizm təkcə regionların təbiəti ilə məhdudlaşmamalıdır"

İqtisadçı bildirir ki, turizm təkcə regionların təbiəti ilə məhdudlaşmamalıdır. Turistlərə tarixi yerlər, incəsənət, musiqi, muzey, idman, sağlamlıq, elmi-mədəni və s. turizm də təklif edilməlidir:

"Bu gün Naftalan sağlamlıq turizmi yetərli qədər potensiala malikdir. Amma xaricdən ora nə qədər turist cəlb edə bilirik? Bu, sual altındadır. Hər bir regionun xüsusiyyətlərinə xas turizm qurmaq mümkündür. O cümlədən, işğaldan azad olunan torpaqlarımızda turizmi inkişaf etdirmək, vahid işğal muzeyi yaratmaq olar".

E.Səfərli hesab edir ki, konkret artıma nail olmaq üçün turizmin strateji planı olmalıdır:

"Dövlət Turizm Agentliyi və bu istiqamətdə fəaliyyət göstərən qurumların turizmin inkişafına dair strateji yol xəritəsi formalaşmalıdır. Buna əsasən, harada əskiklik varsa, aradan qaldırılmalıdır. Əks halda, turizmin inkişafından söhbət gedə bilməz".

"Bu zərərdən Azərbaycana da pay düşür"

Bahalı biletlər, yüksək qiymətlər: Turistlərin ölkəmizdən üz çevirmələrinin SƏBƏBLƏRİ

Turizmçi Rəhman Quliyevin fikrincə, dünyada baş verən geosiyasi dəyişikliklər, hərbi münaqişələr Azərbaycanda turist axınına da ciddi təsir göstərməkdə davam edir:

"Dünya Turizm Şurasının açıqlamasına görə, körfəz müharibəsi dövründə beynəlxalq turizmə hər gün 600 milyarddan çox zərər dəyir. Təbii ki, bu zərərdən Azərbaycana da pay düşür. Nəzərə alsaq ki, ölkəmizə gələn turistlərin əksəriyyəti körfəz ölkələrindən - Səudiyyə Ərəbistanı, Qətər, Oman və digər ölkələrdən gəlir və ölkəmizə Asiyadan gələn turistlər körfəz ölkələri səmasından keçərək uçurlar, onda vəziyyət təsəvvür etmək çətin deyil. Aviareyslərin məhdud fəaliyyəti, hava limanlarının bağlanması turist axınına ciddi zərər vurur. Hava məkanlarının bağlı olması Asiyadan gələn aviareyslərin yolunu daha da uzadır və bu da əlavə xərclərin yaranmasına, biletlərin bahalaşmasına səbəb olur. Bu da özünü turistlərin hesab-fakturasında göstərir".

Ekspert hesab edir ki, xaricdən gələn turistlərin azalması yerli daxili turizmin inkişafı üçün münbit şərait yaradır:

"Biz statistikanı əsas götürməməliyik. Bəzən rəqəmlərdə də müəyyən yanlışlıqlar ola bilər. Yerli turistlər bölgələrə kütləvi surətdə axın edirlər. Bu zaman kənd turizmi də inkişaf edir. Bu gün regionlara gedən turistlərin 30 faizi yerli sakinlərin evini icarəyə götürür. Amma bunun statistikası aparılmır. Bu, əslində artımdır və turizmdə canlanmadır"

Paylaş

Xəbər lenti

"Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR