
"Neftçi" 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.
AVESTA.AZ paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyonla 2 illik müqavilə bağlanıb.
28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.
Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.Xoş gəldin, Endryu Qravilyon!
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.