
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu günə planlaşdırılan Bakı-Naxçıvan reysləri təyinat aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
AVESTA.AZ AZAL-a istinadən xəbər verir ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.
AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir, beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.