30-06-2026, 12:48 234

Ramin Məmmədov: TDT bölgədə sabitliyin qorunmasında həlledici geosiyasi struktura çevrilir

Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq aləmdə sürətlə böyüyən, regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində əsas aktora çevrilən nüfuzlu geosiyasi güc mərkəzidir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu TDT-yə üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Şuşa şəhərində keçirilən Birinci görüşündəki çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

Komitə sədri qonsqları Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın şanlı Zəfərimizin rəmzi olan Şuşada salamlamaqdan mənunluğunu vurğulayıb:

"Şuşa həm də mənim doğma evim, uşaqlıq xatirələrimin yurdudur. Bu gün qardaşlarımı öz evimizdə, Qarabağda qarşılamaq mənə xüsusi bir qürur hissi yaşadır".

R.Məmmədov hazırda Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq aləmdə sürətlə böyüdüyünü, regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində əsas aktora çevrilən nüfuzlu geosiyasi güc mərkəzi olduğunu qeyd edib.

Dövlət Komitəsinin sədri TDT ölkələri arasında əlaqələrin qardaşlıq, qarşılıqlı etimad və strateji maraqlar üzərində qurulduğunu bildirib:

"Təşkilatımızın bu müstəviyə ucalmasında və qurumlararası koordinasiyanın təmin edilməsində TDT Katibliyinin və şəxsən hörmətli Kubanıçbek Ömüralıyevin çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi istiqamətindəki mühüm töhfələrini xüsusi qeyd etmək istəyirəm. Bu birliyin güclənməsinin arxasında dövlət başçılarımızın sarsılmaz siyasi iradəsi dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Türk dünyasının inteqrasiyası əsas geostrateji hədəfimizdir. Dövlətimizin başçısının "Bizim bir ailəmiz var, o da Türk dünyasıdır" bəyanatı hər birimiz üçün rəhbər prinsipdir. Bu strategiya ortaq mənəvi-humanitar dəyərlər üzərində birliyimizi qorumağı və gələcəyə birgə addımlamağı nəzərdə tutur".

O, müasir dünyanın mədəni mənzərəsi sürətlə dəyişdiyini, bəşəriyyətin qlobal miqyasda bəzi Qərb dairələrində sistemli şəkildə yürüdülən anti-İslam tendensiyaları və yeni ideoloji təhdidlərlə üz-üzə qaldığını vurğulayıb:

"Bu gün İslam dinini terrorla eyniləşdirməyə çalışan, müqəddəs dəyərlərimizi hədəf alan bu təhlükəli meyllərə qarşı beynəlxalq müstəvidə ən qətiyyətli mübarizə aparan ölkələrdən biri Azərbaycandır. Bizim xalqlarımızın sahib olduğu tolerant dünyagörüşü əsrlər boyu birgəyaşayışdan doğan zəngin mənəvi prinsiplərin məhsuludur. Türk-İslam sivilizasiyası dünyaya hər zaman sülh, ədalət və humanizm bəxş edib".

Paylaş

Xəbər lenti

İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü Bu gün, 18:48 Sosial şəbəkədə "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalov həbs olunub Bu gün, 18:48 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI Bu gün, 18:48 Azərbaycan əməyin təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edib Bu gün, 18:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib Bu gün, 18:48 Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb Bu gün, 18:48 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq Bu gün, 18:48 Nazir: "Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin maaşı artırılacaq" Bu gün, 17:49 Nazir: "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bu gün, 17:49 AZAL-da rəhbər vəzifəyə YENİ TƏYİNAT Bu gün, 17:49 Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır" Bu gün, 17:48 10 min dolları keçən onlayn gəlirlər mütləq vergiyə cəlb ediləcək Bu gün, 17:48 Ramiz Mehdiyevin CİNAYƏT İŞİ məhkəməyə göndərildi - Digər müttəhim kimdir? Bu gün, 17:48 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır Bu gün, 17:48 XX əsrin 5 ən böyük ekoloji fəlakəti – London dumanından Aral dənizinə Bu gün, 17:48 Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib Bu gün, 17:48 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - RƏSMİ Bu gün, 17:48 Emin Əmrullayev: "Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək" Bu gün, 16:48 Tanınmış jurnalistə yeni vəzifə verildi Bu gün, 16:48 Emin Əmrullayev: "Şagird avtobusları ilə bağlı qərar hələ yoxdur" Bu gün, 16:48 Bakıda dəbdəbəli toyu olan bəyin atası GÖRÜN KİM İMİŞ Bu gün, 16:48 Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik" Bu gün, 16:48 Qara dənizdə Ukraynaya məxsus pilotsuz kater vurulub Bu gün, 16:48 Dərs saatları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA Bu gün, 16:48 MTK ilə sakinlər üz-üzə: Ümumi əmlak necə özəlləşdirilib? Bu gün, 16:48 Nazir: "Bəzi kənd məktəbində şagirdin bir illik təhsilinə 24000 manat xərclənir" Bu gün, 16:48 Əli Əsədov Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşdü Bu gün, 15:49 Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü Bu gün, 15:49 Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? Bu gün, 15:48 Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşılıb Bu gün, 15:48 "Bu il 124 min şagird birinci sinifə qədəm qoyacaq" Bu gün, 15:48 Qırmızı işıqda yolayrıcına girən skuterçiləri MAŞIN VURDU - ANBAAN VİDEO Bu gün, 15:48 Nazir: "Tədrisi digər dillərdə olan siniflərdə Azərbaycan dili dərsləri artırılır" Bu gün, 15:48 Emin Əmrullayev: "Qarabağ Universiteti ötən illərə nisbətən daha yaxşı nəticələr göstərib" Bu gün, 15:48 Bakıda "Beer & Food Festival 2026" keçiriləcək Bu gün, 15:48 AfD liderindən Aİ-yə sərt mesaj: "Pullarımızı geri istəyirik" Bu gün, 14:48 Sabahdan Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı 35 dəqiqəyə endiriləcək Bu gün, 14:48 "Şəki yaylası" faciəsində yeni fakt Bu gün, 14:48 Azərbaycanda kişilər orta hesabla 30, qadınlar isə 25 yaşında evlənir - STATİSTİKA Bu gün, 14:48 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi Bu gün, 13:48 Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların andiçmə mərasimi keçirilib Bu gün, 13:48 FHN: Ötən həftə 3 nəfərin meyiti tapılıb Bu gün, 13:48 Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırır Bu gün, 13:48 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı Bu gün, 13:48 Azərbaycan Avtomobil Dillerləri Assosiasiyası Avto FM ilə əməkdaşlıq memorandumu imzalayıb Bu gün, 13:48 Xəstəxanaya başqa şikayətlə getdi, ürəyindən iynə çıxdı Bu gün, 13:48 Hörmüz boğazı ilə bağlı kritik toplantı son anda təxirə salındı Bu gün, 13:48 İrandan Azərbaycana 65 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR