15-06-2024, 09:30 521

Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, mətndə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın keçirildiyi, Türk dünyasının mədəniyyət paytaxtı olmuş Şuşa şəhərində səmimi-qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.

Müasir dövrdə qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilmişdir. Xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların – etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir.

Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir.

Heç şübhəsiz, Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır.

Əminəm ki, Azərbaycan xalqı üçün əlamətdar olan mühüm tarixdə – Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində keçirilən, bu səbəbdən xüsusi rəmzi mənaya və mənəvi-siyasi önəmə malik bu tədbirin ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına, Türk dünyasında birliyin daha da möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına dəyərli töhfələr verəcəkdir.

Fürsətdən istifadə edərək, milli-mənəvi dəyərlərimizin və İslam mədəniyyətinin mühüm tərkib hissəsi olan müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni nailiyyətlər diləyirəm".

09:04

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, məktubu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Paylaş

Xəbər lenti

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb Bu gün, 19:48 Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA Bu gün, 19:48 2030-a doğru Qafqaz: Ən böyük investisiya döyüşü başlayır Bu gün, 19:48 Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub Bu gün, 19:48 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA Bu gün, 19:48 İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü Bu gün, 18:48 Sosial şəbəkədə "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalov həbs olunub Bu gün, 18:48 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI Bu gün, 18:48 Azərbaycan əməyin təhlükəsizliyi üzrə yeni dövlət standartları qəbul edib Bu gün, 18:48 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib Bu gün, 18:48 Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb Bu gün, 18:48 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq Bu gün, 18:48 Nazir: "Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin maaşı artırılacaq" Bu gün, 17:49 Nazir: "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bu gün, 17:49 AZAL-da rəhbər vəzifəyə YENİ TƏYİNAT Bu gün, 17:49 Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır" Bu gün, 17:48 10 min dolları keçən onlayn gəlirlər mütləq vergiyə cəlb ediləcək Bu gün, 17:48 Ramiz Mehdiyevin CİNAYƏT İŞİ məhkəməyə göndərildi - Digər müttəhim kimdir? Bu gün, 17:48 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır Bu gün, 17:48 XX əsrin 5 ən böyük ekoloji fəlakəti – London dumanından Aral dənizinə Bu gün, 17:48 Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib Bu gün, 17:48 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - RƏSMİ Bu gün, 17:48 Emin Əmrullayev: "Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək" Bu gün, 16:48 Tanınmış jurnalistə yeni vəzifə verildi Bu gün, 16:48 Emin Əmrullayev: "Şagird avtobusları ilə bağlı qərar hələ yoxdur" Bu gün, 16:48 Bakıda dəbdəbəli toyu olan bəyin atası GÖRÜN KİM İMİŞ Bu gün, 16:48 Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik" Bu gün, 16:48 Qara dənizdə Ukraynaya məxsus pilotsuz kater vurulub Bu gün, 16:48 Dərs saatları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA Bu gün, 16:48 MTK ilə sakinlər üz-üzə: Ümumi əmlak necə özəlləşdirilib? Bu gün, 16:48 Nazir: "Bəzi kənd məktəbində şagirdin bir illik təhsilinə 24000 manat xərclənir" Bu gün, 16:48 Əli Əsədov Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşdü Bu gün, 15:49 Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü Bu gün, 15:49 Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? Bu gün, 15:48 Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşılıb Bu gün, 15:48 "Bu il 124 min şagird birinci sinifə qədəm qoyacaq" Bu gün, 15:48 Qırmızı işıqda yolayrıcına girən skuterçiləri MAŞIN VURDU - ANBAAN VİDEO Bu gün, 15:48 Nazir: "Tədrisi digər dillərdə olan siniflərdə Azərbaycan dili dərsləri artırılır" Bu gün, 15:48 Emin Əmrullayev: "Qarabağ Universiteti ötən illərə nisbətən daha yaxşı nəticələr göstərib" Bu gün, 15:48 Bakıda "Beer & Food Festival 2026" keçiriləcək Bu gün, 15:48 AfD liderindən Aİ-yə sərt mesaj: "Pullarımızı geri istəyirik" Bu gün, 14:48 Sabahdan Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı 35 dəqiqəyə endiriləcək Bu gün, 14:48 "Şəki yaylası" faciəsində yeni fakt Bu gün, 14:48 Azərbaycanda kişilər orta hesabla 30, qadınlar isə 25 yaşında evlənir - STATİSTİKA Bu gün, 14:48 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi Bu gün, 13:48 Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların andiçmə mərasimi keçirilib Bu gün, 13:48 FHN: Ötən həftə 3 nəfərin meyiti tapılıb Bu gün, 13:48 Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırır Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR