
"Qarabağ" təlim-məşq toplanışında olduğu Avstriyada daha bir yoxlama oyunu keçirib.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib.
Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandamızın qollarını Jali Muaddib və penaltidən Kadi Borges vurublar.
"Köhlən atlar" bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.