
İkiqat olimpiya çempionu, məşhur fiqurlu konkisürən Yevgeni Pluşenkonun oğlu Aleksandr Pluşenko beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək üçün rəsmi icazə alıb.
AVESTA.AZ-in məlumatına görə, Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Aleksandr Pluşenkoya Azərbaycan millisinin heyətində çıxış etməsinə imkan verən "Clearance Certificate" (keçid icazəsi) adlı rəsmi sənədi təqdim edib.
Bu sənəd yalnız idmançının yeni ölkənin vətəndaşlığını alması və ya həmin ölkədə yaşaması kimi müəyyən şərtlərdən birini yerinə yetirdiyi hallarda verilir.
Xatırladaq ki, bu ilin may ayında Aleksandr Pluşenkonun idman vətəndaşlığını dəyişərək Azərbaycan millisinin heyətində çıxış edəcəyi məlum olmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.