
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayev dəfn olunub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, onun nəşinin qalıqları Ucar rayonunun Boyat kənd qəbiristanlığında dəfn olunub.
Dəfn prosesi hərbi orkestrin müşayiəti və yaylım atəşi altında həyata keçirilib.
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayevlə vida mərasimi keçirilib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, mərhumla vida mərasimi Ucar rayonunun Boyat kəndində olub.
Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Nəşin qalıqları vida mərasimindən sonra dəfn olunması üçün Boyat kənd qəbiristanlığına aparılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.