3-07-2026, 20:48 229

Səfir: Tacikistan Orta Dəhliz çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirir

Tacikistan Orta Dəhlizi özünün nəqliyyat və xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirir ki, bu da Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.

AVESTA.AZ xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon deyib.

Onun sözlərinə görə, Tacikistan 2023-2028-ci illər üçün logistika sisteminin inkişafı üzrə Dövlət Proqramında təsbit edilmiş nəqliyyat-logistika infrastrukturunun inkişafı kursunu ardıcıl olaraq həyata keçirir. Səfir qeyd edib ki, proqram regional və beynəlxalq əhəmiyyətli logistika komplekslərin yaradılmasını, nəqliyyat infrastrukturunun inkişafını və yüklərin daşınması zamanı xərclərin azaldılmasını nəzərdə tutur.

"Bütövlükdə, Tacikistanın Orta Dəhlizin inkişafında iştirakı daha dayanıqlı və tətbiqi xarakter alır. Bu da Azərbaycanla ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün ilk növbədə nəqliyyat proseslərinin rəqəmsallaşdırılması, birgə logistika həllərinin inkişafı və Mərkəzi Asiya, Xəzər regionu və Cənubi Qafqaz arasında tranzit zəncirlərinin səmərəliliyinin artırılması sahələrində əlavə imkanlar açır", - diplomat bildirib.

İ.Abdurahmon qeyd edib ki, daşımaların rəqəmsallaşdırılması və tranzit marşrutlarının səmərəliliyinin artırılması sahəsində Tacikistan və Azərbaycanın müvafiq qurumları arasında koordinasiyanın dərinləşməsi nəqliyyat-logistika sahəsindəki qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan verir: "Xüsusilə, tərəflər ardıcıl olaraq beynəlxalq avtomobil daşımaları üçün elektron icazə sənədlərinin praktiki tətbiqinə keçirlər, bu da kağız sənəd dövriyyəsinin azaldılmasına, inzibati prosedurların sadələşdirilməsinə və tranzit əməliyyatlarının sürətləndirilməsinə yönəlib".

Bununla yanaşı, səfir vurğulayıb ki, informasiya platformaları arasında məlumat mübadiləsinin genişləndirilməsi, "vahid pəncərə" mexanizmlərinin inkişafı və yüklərin real vaxt rejimində izlənilməsi üzrə sistemlərin tətbiqi də daxil olmaqla, nəqliyyat sistemlərinin rəqəmsal əlaqəliliyinin inkişafı üzrə işlər gücləndirilir.

İ.Abdurahmon əlavə edib ki, tərəflər nəqliyyat-logistika marşrutlarının səmərəliliyinin artırılması üzərində işləyir və Bakı Beynəlxalq Dəniz Limanı ilə praktiki qarşılıqlı fəaliyyəti genişləndirirlər.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Paylaş

Xəbər lenti

Ət bazarında qiymətlər niyə dayanmadan artır? Bu gün, 22:48 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm" Bu gün, 22:48 Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı Bu gün, 22:48 Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı Bu gün, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" "Slaviya" ilə oyunda ikinci qolu vurub Bu gün, 22:48 Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib Bu gün, 22:48 Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib Bu gün, 22:48 Çempionlar Liqası: "Sabah" - "Slaviya Praqa" matçı başladı Bu gün, 21:49 Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar? Bu gün, 21:48 Belçika səfiri Rusiya XİN-ə çağırılıb Bu gün, 21:48 Çakal bacısına 2 milyon 280 minlik avtomobil hədiyyə etdi Bu gün, 21:48 Ucuz torpaq sahələri satışa çıxarılır - İlkin qiymətlər açıqlandı Bu gün, 21:48 Müğənni Nəfəs: "Sponsor" sözü bizdə pis səslənib" Bu gün, 21:48 İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya Bu gün, 21:48 Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib Bu gün, 20:48 Mbappenin "Qızıl top"da lider olması ilə bağlı sensasion açıqlama Bu gün, 20:48 Mikayıl Cabbarov: "Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400-dən artıq şirkət fəaliyyət göstərir" Bu gün, 20:48 Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Bu gün, 20:48 Leyla Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Bu gün, 19:48 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Bu gün, 19:48 Sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı Bu gün, 19:48 Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək? Bu gün, 19:48 Paşinyanın təyyarəsi beş ay sonra İrəvana qayıtdı Bu gün, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Slaviya" komandalarının start heyətləri açıqlanıb Bu gün, 19:48 Dəbdəbəli yas mərasimindəki "Rolls-Royce" korteji diqqət çəkdi Bu gün, 18:48 Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib Bu gün, 18:48 AMB: Əhalinin borc yükü artmaqda davam edir Bu gün, 18:48 Milli Məclisdən AKP-yə çağırış: "Bir millət, iki dövlət" prinsipinin təhrif edilməsi qəbuledilməzdir" Bu gün, 18:48 "Bir millət, iki dövlət": Azərbaycana göstəriş vermək səlahiyyətini kim verib? Bu gün, 18:48 Bu rayonda 960 şagirdlik məktəb binası TİKİLƏCƏK Bu gün, 18:48 Xalq artisti: "Azərbaycanı din pərdəsi altında xurafata sürükləyənləri İrana göndərmək lazımdır" Bu gün, 18:48 Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb Bu gün, 17:48 Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb Bu gün, 17:48 QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir Bu gün, 17:48 Hülya Avşardan Erkan Petekkayaya CAVAB: "Kədərlənmə, çox əyləndim" Bu gün, 17:48 Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb Bu gün, 17:48 Sadır Japarov sabah Azərbaycana səfər edəcək Bu gün, 17:48 Rusiyalı psixoterapevt Ukraynada anasının və qızının yanında dəfn olundu Bu gün, 17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək Bu gün, 17:48 Bakıda bu tibb müəssisələri TƏMİR OLUNACAQ Bu gün, 16:49 80 yaşlı Ajda Pekkan: "Kamera qarşısına keçəndə hələ də həyəcanlanıram" Bu gün, 16:49 FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb Bu gün, 16:49 İslam Maxaçevin növbəti rəqibi bəlli oldu Bu gün, 16:49 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - RƏSMİ Bu gün, 16:49 Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Bu gün, 16:48 İlin sonuna qədər ən uğurlu günlər - Vacib işləri BU TARİXLƏRƏ sala bilərsiz Bu gün, 16:48 Zaqatalada böcəklər evlərə kütləvi hücum edib Bu gün, 16:48 Arvadını öldürən şəxs mirasdan məhrum edildi Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR