
İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays 2026-cı il dünya çempionatında zədəsinə baxmayaraq komandasına kömək etməyə çalışır.
AVESTA.AZ xəbər verir ki, "Arsenal" futbolçusunda belin aşağı hissəsinə və budun arxa səthinə yayılan ağrılar aşkarlanıb.
Məhz bu səbəbdən Rays dünya çempionatının 1/16 finalında Konqo millisi ilə keçirilən və İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşü sonadək davam etdirə bilməyib. O, əlavə vaxtda əvəzlənməsini istəyib.
İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel futbolçunun vəziyyəti barədə danışarkən bildirib:
"Ondan özünü necə hiss etdiyini soruşdum. Dedi ki, "Komanda üçün oynaya bilərəm, amma dəhşətli ağrılarım var". Əgər Deklan belə deyirsə, deməli, həqiqətən artıq dözə bilmir".
Buna baxmayaraq, Raysın dünya çempionatının 1/8 finalında Meksika millisi ilə keçiriləcək oyunda start heyətində meydana çıxacağı gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.