
Türkiyənin Balıkəsir vilayətində meşə yanğını baş verib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Məlumata görə, Kepsut rayonunda yerli vaxtla saat 11:00 radələrində meşə kənarında başlayan yanğın qısa müddətdə meşəlik əraziyə yayılıb. Güclü külək səbəbindən alov Sarıfakılar məhəlləsi istiqamətində irəliləyir.
Hazırda yanğının söndürülməsi üçün əraziyə hava və quru qüvvələri cəlb olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.