
Türkiyənin Burdur vilayətinin Bucak rayonunda meşə yanğını başlayıb.
"AVESTA.AZ" bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Yanğının səbəbi hələlik bəlli deyil. Əraziyə İsparta Meşə İdarəsinin əməkdaşları cəlb edilib.
Həmçinin, yanğının söndürülməsi üçün bölgəyə 2 helikopter, 5 təyyarə və çoxlu sayda canlı qüvvə göndərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.